...

Pakistanda Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd edilib

Siyasət Materials 26 İyun 2010 11:49 (UTC +04:00)
Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi və hərbi attaşe aparatı Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib. Bu barədə şənbə günü Trend-ə səfirlikdən məlumat verilib.
Pakistanda Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd edilib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi və hərbi attaşe aparatı Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib. Bu barədə şənbə günü Trend-ə səfirlikdən məlumat verilib.

İslamabadın "Marroit" mehmanxanasında keçirilən tədbirdə Pakistan ordusunun 20-yə yaxın alirütbəli general və admiralı, bütün qoşun növlərinin təmsilçiləri, hökumət rəsmiləri, ölkədə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, ölkənin tanınmış ziyalıları, mətbuat nümayəndələri və Azərbaycan Silahlı Qüvvələrinin Pakistanda təhsil alan hərbi qulluqçuları iştirak ediblər.

Mərasimin keçirildiyi salonda Azərbaycan Silahlı Qüvvələri haqqında videoçarx nümayiş etdirilib, Azərbaycan marşları və musiqisindən nümunələr səsləndirilib. İştirakçılara Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinə dair broşürlər və Pakistanda ingilis dilində nəşr edilən "Daily İttehad" qəzetinin "Şanlı, peşəkar və mükəmməl təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələri" başlıqlı xüsusi buraxılışı təqdim edilmişdir.

Mərasimdə ali qonaq qismində iştirak edən Pakistan Quru Qoşunlarının Rabitə və İnformasiya Texnologiyaları Ordu Komandanının müavini, general-leytenant Tənvir Tahir Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu vurğulayıb və bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini bildirib.

İyunun 26-sı Azərbaycanın Silahlı Qüvvələri Günüdür.

Bu günlər Pakistanın ingilis və urdudilli aparıcı qəzetlərində və elektron mediada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş materiallar dərc edilmişdir.

Xəbər lenti

Xəbər lenti