...

Bakıda baş vermiş silahlı insidentin daha bir iştirakçısı həbs edilib

Siyasət Materials 5 İyul 2010 10:31 (UTC +04:00)
Bakıda baş vermiş silahlı insidentin daha bir iştirakçısı həbs edilib.
Bakıda baş vermiş silahlı insidentin daha bir iştirakçısı həbs edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Bakıda baş vermiş silahlı insidentin daha bir iştirakçısı həbs edilib. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisənin iştirakçısı olan Tural Sərxan oğlu İspatov barəsində məhkəmin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət hadisəsi iyulun 1-də, saat 20:06 radələrində Suraxanı qəsəbəsində qeydə alınıb. "VAZ-2107" markalı və "Mercedes" markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilib və odlu silahdan atəş açılıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci polis bölməsi (PB) əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb. Aparılan araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşov, Mövsüm Nuriyev və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, "VAZ-2107" markalı avtomaşının sürücüsü Dadaşov saxlanılıb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti