...

Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 7 İyul 2010 15:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.
Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan Prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu deyib.

Prezident İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti