...

Ukrayna xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

Siyasət Materials 17 İyul 2010 14:58 (UTC +04:00)
Ukrayna xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.
Ukrayna xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir S.Ağayeva/

Ukrayna xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, iyulun 19-da Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycana rəsmi səfəri nəzərdə tutulub.

Səfər proqramı çərcivəsində Konstantin Qrişenkonun Azərbaycanın Baş naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində həmçinin Ukraynanın xarici işlər naziri iyulun 19-da Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində yerləşən Taras Şevçenkonun abidəsini ziyarət edəcək və Ukrayna diasporunun nümayəndələri ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti