...

İranda İƏT-ə üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin birinci iclası keçirilir

Siyasət Materials 2 Avqust 2010 11:04 (UTC +04:00)
İRNA xəbər agentliyinin İran Polisinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadiyə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Türkiyənin narkotiklərlə mübarizə idarələrinin rəhbərləri iştirak edirlər.
İranda İƏT-ə üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin birinci iclası keçirilir

İranın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin birinci iclası bu gün işə başlayıb.

İRNA xəbər agentliyinin İran Polisinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadiyə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Türkiyənin narkotiklərlə mübarizə idarələrinin rəhbərləri iştirak edirlər.

Azərbaycan bu konfransda Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisinin müavini, polis polkovniki Şahin Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Konfransa UNODC və İnterpolun da nümayəndələri qatılıb.

Xəbər lenti

Xəbər lenti