...

Rusiya nüfuzlu beynəlxalq meydançaya malik Bakı humanitar əməkdaşlıq forumunun yaradılmasına tərəfdardır – Sergey Narışkin

Siyasət Materials 2 Avqust 2010 13:37 (UTC +04:00)
Rusiya nüfuzlu beynəlxalq meydançaya malik Bakı humanitar əməkdaşlıq forumunun yaradılmasına tərəfdardır.
Rusiya nüfuzlu beynəlxalq meydançaya malik Bakı humanitar əməkdaşlıq forumunun yaradılmasına tərəfdardır – Sergey Narışkin

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.Tarıverdiyeva /

Rusiya nüfuzlu beynəlxalq meydançaya malik Bakı humanitar əməkdaşlıq forumunun yaradılmasına tərəfdardır.

"2011-ci ilin sentyabrında Bakıda ikinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. 2010-cu ilin yanvarında Bakıda keçirilən birinci forum bunun nə dərəcədə məhsuldar və ölkələrimiz üçün vacib mövzu olduğunu nümayiş etdirdi. Ona görə də hələ yanvarda onun illik tədbirə çevrilməsi barədə qərar qəbul edilib", - Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, forumu Azərbaycan və Rusiya prezidentləri hamiliyə götürüblər. "Biz çox istəyirik ki, Bakı forumu təkcə RF ilə Azərbaycan arasında deyhil, bu sözün geniş mənasında humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə olunduğu beynəlxalq meydançaya sahib olsun", - Narışkin qeyd edib.

"Azərbaycan özünün mədəni və dinlərarası əməkdaşlıq ənənələrilə bu cür nüfuzlu meydançaların yaradılması üçün ən doğru yerdir", -RF Prezidenti Administrasiyasının rəhbəri bildirib.

Narışkin Azərbaycana hazırki səfəri gedişində siyasi və iqtisadi əməkdaşlıq məsələləriin geniş dairəsini müzakirə edib. "Beynəlxalq arenada ölkələrimizin mövqeləri beynəlxalq həyatın bir çox əsas məsələləri üzrə çox oxşardır. Bir çox məsələlərdə onlar üst-üstə düşür. Biz maliyyə böhranına baxmayaraq, iqtisadi sahədə əməkdaşlığımızn inkişaf etməsindən məmnununq", - o deyib.

Onun sözlırinə görə, ötən il mal dövriyyəsinin azalmasına səbəb olan itkilər çox deyil. Narışkin yaxın vaxtlarda iki ölkənin əvvəlki həcmlərə nail olacaqlarına ümidini ifadə edib.

Rusiyalı qonaq energetika sahəsini iqtisadi əməkdaşlığın ən vacib sahəsi adlandırıb və burada yeni razılaşmaların olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti