...

Küveyt Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır - əmir (FOTO)

Siyasət Materials 9 Avqust 2010 21:05 (UTC +04:00)
Küveyt əmiri Azərbaycanla münasibətləri alqışlayır və onların gələcək inkişafına əmindir. Bu barədə Küveyt əmiri şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın Küveytdəki yeni səfiri Tural Rzayevlə görüşdə deyib. Məlumatı Trend-ə bazar ertəsi səfirlikdən bildiriblər.
Küveyt Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır - əmir (FOTO)

Azərbaycan, Bakı, 9 avqust/Trend, müxbir S.Ağayeva/

Küveyt əmiri Azərbaycanla münasibətləri alqışlayır və onların gələcək inkişafına əmindir. Bu barədə Küveyt əmiri şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın Küveytdəki yeni səfiri Tural Rzayevlə görüşdə deyib. Məlumatı Trend-ə bazar ertəsi səfirlikdən bildiriblər.

Bazar ertəsi Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rzayev Küveyt dövlətinin rəhbərinə öz etimadnaməsini təqdim edib. "Bəyan" sarayında bunula bağlı fəxri qaravul düzülüb, Azərbaycanın dövlət bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

Səfir Küveyt əmiri ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan Prezidenti iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir və ümid edir ki, əmirin Azərbaycana gözlənilən səfəri mövcud isti münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Səfir Rzayev şeyx Sabah Əl-Əhməd Əl-Sabaha və dost Küveyt xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatıdırıb.

Diplomat şeyx Sabah Əl-Əhməd Əl-Sabaha və bütün Küveyt xalqına beynəlxalq təşkilatlar çərçivəsində ölkə üçün vacib məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Küveyt əmiri öz növbəsində, Azərbaycan Prezidentinə öz salamlarını çatdırıb, Azərbaycan xalqına isə firavanlıq, tərəqqi və inkişaf arzulayıb, - səfirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti