Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir S.Ağayeva/
Payızda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri planlaşdırılır. Bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı Səfirliyindən çərşənbə axşamı məlumat verilib.
Səfər zamanı yüksək səviyyədə danışıqlar aparılacaq. Danışıqlar zamanı siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunacağı gözlənilir.