...

Türkdilli Ölkələrin Parlament Assambleyası quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirakı planlaşdırır

Siyasət Materials 25 Avqust 2010 12:31 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etməyi planlaşdırır.
Türkdilli Ölkələrin Parlament Assambleyası quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirakı planlaşdırır

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə TÜRK PA-nın baş katibi Ramil Həsənov bildirib.

Həsənovun sözlərinə görə, artıq Assambleyanın katibliyi sentyabrın 12-də Türkiyədə keçiriləcək referendumu izləmək üçün Türkiyə tərəfinə rəsmi müraciət edib. Baş katiblik, eyni zamanda, oktyabrda Qırğızıstanda, noyabrda isə Azərbaycanda keçiriləcək Parlament seçkilərini izləmək üçün müvafiq dövlətlərə müraciətlər edib. Hazırda Azərbaycan tərəfdən dəvət məktubu gözlənilir.

TÜRK PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin ortalarında yaradılıb.

Xəbər lenti

Xəbər lenti