...

Azərbaycan və Rusiya sərhəddə əməkdaşlığı genişləndirir

Siyasət Materials 25 Avqust 2010 16:24 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Proniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işçi görüş keçirib.
Azərbaycan və Rusiya sərhəddə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Proniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işçi görüş keçirib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

Görüş zamanı Azərbaycan-Rusiya sərhədində və Xəzər dənizi hövzəsində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, sərhəd xidmətləri arasında faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa, dövlət sərhədində digər qanunsuz fəaliyyətə qarşı birgə mübarizə aparılmasının vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti