...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib

Siyasət Materials 26 Avqust 2010 14:23 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib.

"Dünyanın heç bir yerində pulsuz efir vaxtı ilə bağlı müzakirələr getmir, çünki heç yerdə namizədlərə pulsuz efir vaxtı verilmir. Səlahiyyət əldə etmək istəyən şəxs öz fondunu yaratmalı, ehtiyatlarından istifadə edərək istədiyinə nail olmalıdır", - bunu cümə axşamı Trend-ə MSK katibi Natiq Məmmədov bildirb.

ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən seçkilərin mediada işıqlandırılmasına həsr olunmuş "dəyirmi masa"da bəzi müxalifət partiyalarının başçıları seçkiöncəsi debatların efirə yayımlanan vaxtının və müddətinin uğursuz olduğunu bildiriblər.

Məmmədovun sözlərinə görə, pulsuz efir vaxtı yalnız Azərbaycan təcrübəsindədir və onun azlığı və ya çoxluğu məsələsi nisbi məsələdir.

"Ola bilsin, bir bucaqdan baxanda hansısa şəxs öz seçki proqramını, planını həyata keçirmək üçün digər vasitələrdən istifadə eləmir; seçki vaxtını gözləyir ki, pulsuz efir vaxtı alsın. Başqa bir baxış bucağı odur ki, siyasi partiyaların normal mübarizəsi gedirsə, bu mübarizə ancaq seçkilər dövrünə təsadüf etmirsə, elektoratının formalaşması üçün seçkidən başqa dövrdə fəaliyyətini aparmalıdır", - Məmmədov əlavə edib.

Azərbaycanda Parlament seçkisinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti