...

Azərbaycan və İordaniya mədəniyyət, turizm sahəsində əlaqələri genişləndirir – səfir

Siyasət Materials 27 Avqust 2010 13:59 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev sentyabrın 6-da İordaniyaya səfəri zamanı əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı bildirib.
Azərbaycan və İordaniya mədəniyyət, turizm sahəsində əlaqələri genişləndirir – səfir

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və İordaniya mədəniyyət və turizm sahəsində əlaqələri genişləndirir.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev sentyabrın 6-da İordaniyaya səfəri zamanı əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı bildirib.

İordaniya tərəfi ilə aparılacaq danışıqların mövzusundan biri - İordaniyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi olacaq. "Tədbirin ilin sonunadək və ya gələn ilin baharında təşkil olunması planlaşdırılır", - səfir qeyd edib.

Görüşlərdə turizm sahəsində əməkdaşlığın inkişafı məsələlərinə də toxunulacaq.

Xəbər lenti

Xəbər lenti