...

Ukrayna 2009-cu ildə 14 ölkəyə ağır silah tədarük edib

Siyasət Materials 28 Avqust 2010 11:30 (UTC +04:00)
Ukrayna 2009-cu ildə 14 ölkəyə ağır silah ixrac edib. Bu məlumatlar BMT-nin adi silahlar Registrində saxlanılır. Məlumatı İTAR-TASS yayıb.
Ukrayna 2009-cu ildə 14 ölkəyə ağır silah tədarük edib

Ukrayna 2009-cu ildə 14 ölkəyə ağır silah ixrac edib. Bu məlumatlar BMT-nin adi silahlar Registrində saxlanılır. Məlumatı İTAR-TASS yayıb.

Ənənəvi olaraq Ukraynanın Azərbaycan ilə hərbi-texniki əməkdaşlığı fəal inkişaf edir: bu ölkəyə 29 BTR-70, 29 "Qvozdika" və 6 "Akasiya" özüyeriyən haubitsası, bir MiQ-29UB hərbi-təlim qırıcı təyyarəsi, 11 Mi-24 vertolyotu tədarük edilib.

Ukrayna zirehli texnikasının ən böyük idxalçısı 50 BMP və 4 BTR-3E alan Çad hesab olunur. İraq Ukraynanın zirehli təxliyə maşınlarının idxalını genişləndirir. 2009-cu ildə 26 ZTM-1U zirehli maşını tədarük edilib ki, bu göstərici 2008-ci ildə dörd olub.

Gürcüstanla silah ticarətinin həcmi aşağı düşüb. 2009-cu ildə Gürcüstan ordusu üçün Ukraynadan 5 ZDM-70, ondan bir il əvvəl isə 41 ədəd zirehli texnika alınmışdı.

Xəbər lenti

Xəbər lenti