Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Axtarışda olan İran vətəndaşı Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, saxlanılan İran vətəndaşı Vəli Qaracadaği bu ölkənin Cinayət Məcəlləsinin əmanətə xəyanət (674-cü) maddəsi ilə axtarışda olub.
Onun ekstradisiyası üçün tədbirlər görülür.