...

Almaniyanın Azərbaycandakı yeni səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib

Siyasət Materials 31 Avqust 2010 17:08 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herber Kvellini qəbul edib.
Almaniyanın Azərbaycandakı yeni səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herber Kvellini qəbul edib.

XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, etimadnamənin surətini təqdim edən Kvelli ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə alman diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti