Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Bağırov/
İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosunun əməkdaşları beynəlxalq axtarışda olan iki nəfəri həbs edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179) maddəsi ilə axtarışda olan Rafəddin Əsgərov Ukraynada tutulub.
Əsgərovun ölkəmizə ekstradisiya olunması üçün tədbirlər görülür.
İnterpolun Milli Mərkəzi Bürosu və Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179) maddəsi ilə axtarışda olan Çingiz Vəkilov Sankt-Peterburq şəhərində saxlanılıb.
Vəkilovun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür.