...

İlham Əliyev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 6 Sentyabr 2010 16:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib.
İlham Əliyev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Arjen Peter Uijterlinde etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Dövlətimizin başçısı səfir Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının Niderland Krallığı ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu qeyd edib. Hər iki ölkədə tam həcmdə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsinin önəmini vurğulayan dövlətimizin başçısı ikitərəfli layihələrə biznes ictimaiyyətinin də böyük maraq göstərdiyini deyib.

Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli əlaqələrimizin tərkib hissələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev münasibətlərimizin bir çox sahələri əhatə edəcəyinə əminliyini ifadə edib.

Səfir Arjen Peter Uijterlinde Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Arjen Peter Uijterlinde son illər ikitərəfli münasibətlərimizin inkişafında böyük tərəqqinin müşahidə olunduğunu, qarşılıqlı səfərlərin artdığını deyib.
Dövlətimizin başçısı Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da ən xoş arzularını Kraliçaya və ölkəsinin liderlərinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti