...

BMT Baş Assambleyasında Abxaziya və Sxinvali regionlarından olan qaçqınların statusu barədə qətnamə müzakirə olunacaq

Siyasət Materials 7 Sentyabr 2010 20:27 (UTC +04:00)
Abxaziya və Sxinvali regionlarından olan qaçqın və məcburi köçkünlərin statusu barədə Gürcüstan tərəfindən irəli sürülmüş qətnamə üzrə səsvermə sentyabrın 7-də BMT Baş Assambleyasının 64-cü sessiyasında təşkil olunacaq.
BMT Baş Assambleyasında Abxaziya və Sxinvali regionlarından olan qaçqınların statusu barədə qətnamə müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 7 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Abxaziya və Sxinvali regionlarından olan qaçqın və məcburi köçkünlərin statusu barədə Gürcüstan tərəfindən irəli sürülmüş qətnamə üzrə səsvermə sentyabrın 7-də BMT Baş Assambleyasının 64-cü sessiyasında təşkil olunacaq.

Xarici işlər nazirinin müavini Nino Kalandadzenin bəyan etdiyi kimi, Rusiyanın müqavimətinə baxmayaraq, Gürcüstan ümid edir ki, səsvermə müsbət nəticə verəcək.

O qeyd edib ki, qaçqınların statusu işğaldan azadetmədən az əhəmiyyətə malik deyil və qətnamədə söhbət məhz onların hüquqlarının qorunmasından gedir.

"Sentyabrın 7-də BMT-nin mənzil-qərargahında BMT Baş Assambleyasının 64-cü sessiyasında qaçqın və məcburi köçkünlərin statusu barədə Gürcüstan tərəfindən irəli sürülmüş qətnamə üzrə səsvermə keçiriləcək. Rusiya bunun əleyhinə çıxış etsə də, biz BMT-yə üzv olan bütün ölkələrlə ciddi məsləhətləşmələr aparmışıq və onların dəstəyinə ümid edirik", - Kalandadze deyib.

Xəbər lenti

Xəbər lenti