...

İlham Əliyev Niderland Krallığı Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 8 Sentyabr 2010 16:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Niderland Krallığı Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Rene Van der Linden ilə Strasburqda keçirdiyi görüşləri və sıx təmasları məmnunluqla xatırladığını deyib.

Rene Van der Linden ölkəmizə yenidən səfər etməsindən, dostluq münasibətlərimizin və çox yaxşı əlaqələrimizin olmasından məmnunluğunu bildirib.

Avropa Şurası Parlament Assambleyasının sədrliyindən sonra Azərbaycan-Niderland dostluq qrupuna rəhbərlik etdiyini vurğulayan qonaq Senatın sədri kimi də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini deyib.

Dövlətimizin başçısı Rene Van der Lindenin vaxtilə Azərbaycan-Niderland dostluq qrupuna sədrlik etməsini yüksək dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlığımızın inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edən dövlətimizin başçısı Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti