...

Gürcüstan Aİ ilə birgə radioaktiv tullantıların idarəedilməsi sistemi üzərində çalışır

Siyasət Materials 9 Sentyabr 2010 13:26 (UTC +04:00)
Gürcüstan Aİ ilə birgə radioaktiv tullantıların idarəedilməsi sistemi üzərində fəal çalışır.
Gürcüstan Aİ ilə birgə radioaktiv tullantıların idarəedilməsi sistemi üzərində çalışır

Gürcüstan, Tbilisi, 9 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Aİ ilə birgə radioaktiv tullantıların idarəedilməsi sistemi üzərində fəal çalışır.

Gürcüstanın Ətraf Mühitin və Təbii Resursların Müdafiəsi Nazirliyində radiasiya anbarlarının təhlükəsizliyi tələblərinin işlənməsi üzrə işçi görüş keçirilib. Sənədin işlənilib-hazırlanmasında gürcü mütəxəssislərinə Fransa, İtaliya, Belçika və Litvadan olan ekspertlər kömək edirlər. Bu barədə nazirlikdən məlumat verilib.

Aİ ilə birgə layihə çərçivəsində Gürcüstan artıq müasir dozimetrik cihazlar alıb. Hazırkı mərhələdə Gürcüstana radioaktiv təhlükəsizliyin təmin olunması təcrübəsinin ötürülməsi həyata keçirilir. Avropalı mütəxəssislər Gürcüstana zəruri qanunvericiliyin və radioaktiv tullantılarla bağlı təhlükəsizlik tədbirlərinin təmın olunması üsullarının işlənilib-hazırlanmasında kömək edirlər.

Xəbər lenti

Xəbər lenti