...

İlham Əliyev Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib

Siyasət Materials 14 Sentyabr 2010 18:37 (UTC +04:00)
Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.
İlham Əliyev Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib

Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Rusiya Prezidentinin Azərbaycana son səfəri, səfərin nəticələri və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.

Xəbər lenti

Xəbər lenti