...

Türkiyə uşaqların ibtidai məktəblərə gəlişinə 100 faiz nail olub – Prezident Abdullah Gül

Siyasət Materials 21 Sentyabr 2010 11:52 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş BMT-nin sammitində çıxışı zamanı ölkəsinin uşaqların ibtidai məktəblərə gəlişinə 100 faiz nail olduğunu bəyan edib.
Türkiyə uşaqların ibtidai məktəblərə gəlişinə 100 faiz nail olub – Prezident Abdullah Gül

ABŞ, Nyu-York, 21 sentyabr /Trend, xüsusi müxbir A.Privalov/

Türkiyə Prezidenti Abdullah Gül Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş BMT-nin sammitində çıxışı zamanı ölkəsinin uşaqların ibtidai məktəblərə gəlişinə 100 faiz nail olduğunu bəyan edib.

"Biz türk uşaqlarının ibtidai məktəblərə 100 faiz gəlişinə nail ola bilmişik. Buna məktəbyaşlı uşaqların saxlanılması üçün analara xüsusi müavinətlərin verilməsi hesabına nail olmuşuq", - Abdullah Gül deyib.

O qeyd dib ki, BMT-nin qəbul etdiyi bəşəriyyətin inkişaf məqsədləri Türkiyənin strateji inkişaf proqramlarının işlənilməsi zamanı prioritetdir.

"Biz güclü maliyyə dəstəyi sahəsində mümkün olan perspektivli proqramlar qəbul etmişik", - o deyib.

Türkiyə Prezidenti, həmçinin, çıxışında ölkədə uşaq və ana ölümünün, eləcə də VİÇ xəstəlikləri üzrə göstəricilərin azalmasında bir sıra uğurlara nail olunduğunu bəyan edib.

"Təhsil üçün təqaüdlər ödəyirik. 500 min yaşayış evi ayırmışıq. Türkiyə bəşəriyyətin inkişaf məqsədlərinin bütün təşəbbüslərinə dəstək göstərməyə hazırdır", - o qeyd edib.

Onun sözlərinə görə, ölkədə sosial yardıma $1,5 milyarda qədər vəsait ayrılıb.

Eyni zamanda, Türkiyə lideri hesab edir ki, BMT sessiyasının gündəliyini canlandırmaq üçün QHT və özəl sektorun da qoşulması zəruridir ki, bu da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində daha çox uğurlara nail olmağa kömək edəcək.

Xəbər lenti

Xəbər lenti