...

Batumidə velosipedlərlə hərəkət müzakirə olunacaq

Siyasət Materials 30 Sentyabr 2010 15:12 (UTC +04:00)
Batumidə Aİ-nin "Ətraf mühitin sağlamlığı və velosipedlərlə hərəkət" proqramı çərçivəsində xüsusi görüş keçiriləcək. Bu barədə Trend-ə Batumi merliyindən bildiriblər.
Batumidə velosipedlərlə hərəkət müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 30 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Batumidə Aİ-nin "Ətraf mühitin sağlamlığı və velosipedlərlə hərəkət" proqramı çərçivəsində xüsusi görüş keçiriləcək. Bu barədə Trend-ə Batumi merliyindən bildiriblər.

Tədbir Gürcüstan hökuməti və Batumi merliyi tərəfindən təşkil olunub və iki gün davam edəcək - 30 sentyabr və 1 oktyabrda.

Bütün dünyada yaşayış məntəqələri və şəhərlərdə ətraf mühitin çirklənmə səviyyəsi kritik həddə çatıb. Ölkələrin əksəriyyəti müxtəlif aksiyalar keçirirlər ki, bu da əhaliyə nəqliyyat kimi velosipedlərdən istifadə etməyi məsləhət görür.

Görüşün əsas məqsədi təcrübə mübadiləsi, proqramın gerçəkləşməsi zamanı yaranan problemlərlə tanışlıq, xüsusi təkliflərin hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti