...

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 30 Sentyabr 2010 20:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 992; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 307 nömrəli Fərmanı) 3-cü bəndində verilmiş cədvəlin 1-ci sırasında "80 000,0" rəqəmləri "105 000,0" rəqəmləri ilə, 4-cü sırasında "110 000,0" rəqəmləri "131 000,0 " rəqəmləri ilə, 5-ci sırasında "80 000,0" rəqəmləri "34 000,0" rəqəmləri ilə əvəz edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruna bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti