...

NATO-nun baş katibi Tbilisidə alyansın Rabitə ofisinin açılışında iştirak edib

Siyasət Materials 1 Oktyabr 2010 15:45 (UTC +04:00)
NATO-nun baş katibi bu gün Tbilisinin mərkəzində alyansın Rabitə ofisinin açılışında iştirak edib. Açılış mərasimindən əvvəl Anders Foq Rasmussen gürcü xalqına dünən Əfqanıstanda dörd gürcü hərbçinin həlak olması ilə əlaqədar başsağlığı verib.
NATO-nun baş katibi Tbilisidə alyansın Rabitə ofisinin açılışında iştirak edib

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

NATO-nun baş katibi bu gün Tbilisinin mərkəzində alyansın Rabitə ofisinin açılışında iştirak edib. Açılış mərasimindən əvvəl Anders Foq Rasmussen gürcü xalqına dünən Əfqanıstanda dörd gürcü hərbçinin həlak olması ilə əlaqədar başsağlığı verib.

"Mən bu xəbəri çox təəssüflə qarşıladım və gürcü xalqına rəğbətimi bildirmək istəyirəm. Mən öz doğmalarını itirmiş valideynlərə və onların yaxınlarına başsağlığı verirəm", - o qeyd edib.

"NATO Gürcüstanın tərəfdaşlığını və onun Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Sizin hərbçilərinizin əməliyyatlarda bizim hərbçilərlə çiyin-çiyinə iştirakı çox vacibdir. Biz Buxarest sammitində münasibətlərimizi müəyyənləşdirən çərçivə sazişi qəbul etdik. Biz Gürcüstan-NATO komissiyası çərçivəsində Gürcüstanı NATO-ya yaxınlaşdıran illik fəaliyyət proqramı üzərində çalışırıq. Alyans ölkələri müharibədən sonra ölkənin bərpa olunması üçün Gürcüstana kömək edəcəklər", - Rasmussen bildirib.

Baş katib qeyd edib ki, Rabitə ofisi NATO və Gürcüstanın əsas əlaqə orqanı olacaq və gürcü tərəfi ofisdə cəmləşəcək ekspert potensialından istifadə edə biləcək.

Ofisə polşalı diplomat Zbiqnev Rıbatski başçılıq edəcək. Rabitə ofisində diplomatik nümayəndəliyin hüquqlarından istifadə edəcək 10 nəfərədək işçi çalışacaq. Ofis əvvəllər ABŞ səfirliyinin yerləşdiyi Atoneli küçəsində açılıb.

Rasmusseni Gürcüstan hökuməti adından Baş nazirin müavini, Avropa və Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Giorgi Baramidze salamlayıb. O, demokratiya quruculuğu işində Gürcüstanın uğurlarını, yeni Konstitusiya ilə bağlı müxalifətlə məsləhətləşmələri, uğurlu iqtisadi quruculuğu və korrupsiya ilə mübarizəni qeyd edib.

"NATO-nun Rabitə ofisi bizim üçün çox vacibdir və düşünürəm ki, bu ofisin açılışı Gürcüstanın alyansa daxil olmasını sürətləndirməyə imkan verəcək. Bu gün artıq söhbət Gürcüstanın NATO-ya üzv olub-olmayacağından deyil, bunun nə vaxt baş verəcəyindən gedir. Biz NATO-nun ölkəmizin ərazi bütövlüyünü tanımasını da yüksək qiymətləndiririk", - o deyib.

Mərasim başa çatdıqdan sonta NATO və Gürcüstanın himnləri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti