...

Azərbaycanlı deputat Avropa Şurasını Аzərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanan fundamental insan haqlarının bərpası istiqamətində konkret addımlar atmağa çağırıb

Siyasət Materials 5 Oktyabr 2010 04:21 (UTC +04:00)
Avropa Şurası bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən bu gündə tapdalanan fundamental insan haqlarının bərpası istiqamətində konkret addımlar atmalıdır. Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun bazar ertəsi öz işinə başlayan plenar sessiyasında “Keçmiş Yuqoslaviya Respublikası- Makedoniya”-nın Xarici İşlər naziri, AŞ Nazirlər Komitəsinin (NK) hazırkı sədri Antonio Miloşoskiyə (Antonio Milošoski) ünvanladığı sualda bildirib.
Azərbaycanlı deputat Avropa Şurasını Аzərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanan fundamental insan haqlarının bərpası istiqamətində konkret addımlar atmağa çağırıb

Fransa, Strasburq, 04 oktyabr/ Trend, müxbir A. Məhərrəmli/

Avropa Şurası bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən bu gündə tapdalanan fundamental insan haqlarının bərpası istiqamətində konkret addımlar atmalıdır. Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun bazar ertəsi öz işinə başlayan plenar sessiyasında "Keçmiş Yuqoslaviya Respublikası- Makedoniya"-nın Xarici İşlər naziri, AŞ Nazirlər Komitəsinin (NK) hazırkı sədri Antonio Miloşoskiyə (Antonio Milošoski) ünvanladığı sualda bildirib.

"15 ildən artıqdır ki, Avropa Şurasının üzvü olan Ermənistan digər üzv ölkənin - Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və bu gündə onlar öz yurd-yuvalarına dönə bilmir. Bu gün Avropanın bir bölgəsində 1 milyon azərbaycanlının fundamental insan haqları Avropa Şurasının üzvü olan Ermənistan tərəfindən tapdalanmaqda davam edir. Avropa Şurasının Nazirlər Komitəsi 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdalanan fundamental insan haqlarının müdafiəsi və bərpası istiqamətində hansı konkret addımlar ata bilər?- millət vəkili qeyd edib.

Avropa Şurasının Nazirlər Komitəsinin sədri isə cavabında qurumun Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
"Mən sizin qaldırdığınız məsələlərlə bağlı həssasiyətinizi çox yaxşı başa düşürəm. Avropa Şurasının Nazirlər Komitəsində dəfələrlə bu məsələni qaldırmışıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bizdə öz tərəfimizdən maraqlıyıq ki, münaqişə sülh yolu ilə həll olunsun və Avropa Şurası da öz imkanları və səlahiyyətləri çərçivəsində bu problemin həllinə öz töhfəsini verməyə hazırdır,"- Miloşoski qeyd edib.

Xəbər lenti

Xəbər lenti