...

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2010 19:31 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi internet saytı yayıb.

Əvvəlcə dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva teatrın qarşısındakı meydanda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Sonra Prezident İlham Əliyev teatrın binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazır vəziyyətini əks etdirən şəkillərə baxıb.

Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılıb. Teatrın fasad hissəsinə yeni üzlük vurulmuş, dam örtüyü dəyişdirilib. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev foyelərdə, tamaşa salonunda, mərkəzi lojada, səhnədə, ilkin məşq, texniki avadanlıq, qrim otaqlarında görülən işlərlə tanış olub.

Məlumat verilib ki, teatrın səs-akustika və səhnə-işıqlandırma sistemləri müasir layihə və texnologiyalar əsasında yenidən qurulub. Teatrın binası yeni mövsümdə teatrsevərlərə təqdim olunmaq üçün tam hazırdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Foto - www.president.az

Xəbər lenti

Xəbər lenti