...

Azərbaycan Prezidenti İlham Əliyev Venesuelanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Siyasət Materials 12 Oktyabr 2010 20:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Venesuela Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Devid Nieves Velaskes Karaballonun etimadnaməsini qəbul etmişdir, - bu barədə AzərTAc Dövlət Agentliyi məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev Venesuelanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Venesuela Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Devid Nieves Velaskes Karaballonun etimadnaməsini qəbul etmişdir, -  bu barədə  AzərTAc  Dövlət  Agentliyi  məlumat verir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Devid Nieves Velaskes Karaballo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkəmizin Venesuela ilə əlaqələrinin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Ölkəsini Azərbaycanda ilk səfir kimi təmsil etməkdən böyük şərəf hissi duyduğunu deyən Devid Nieves Velaskes Karaballo Venesuelanın Azərbaycan ilə müxtəlif sahələrdə güclü dostluq əlaqələri qurmaq niyyətində olduğunu dedi.

Xəbər lenti

Xəbər lenti