...

Tbilisi və Tehran viza rejiminin ləğvi məsələsini müzakirə edəcək

Siyasət Materials 18 Oktyabr 2010 15:26 (UTC +04:00)
İranla viza rejiminin ləğvi məsələsi İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Müttəkinin Gürcüstana səfəri zamanı həll olunacaq.
Tbilisi və Tehran viza rejiminin ləğvi məsələsini müzakirə edəcək

Gürcüstan, Tbilisi, 18 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

İranla viza rejiminin ləğvi məsələsi İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Müttəkinin Gürcüstana səfəri zamanı həll olunacaq. Bu barədə ənənəvi həftəlik brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Onun sözlərinə görə,Gürcüstan artıq viza rejiminin ləğvi ilə bağlı xüsusi sənəd hazırlayıb.

"Tərəflər tamamilə hazırdır. Biz İranın xarici işlər nazirinin səfərini gözləyirik. Səfər zamanı saziş də imzalanacaq", - Kalandadze qeyd edib.

Onun sözlərinə görə, səfərin tarixi dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti