...

Fransada yaşayan azərbaycanlılar vətənə qayıtmağa kömək etmək xahişi ilə XİN-ə müraciət etməyiblər

Siyasət Materials 22 Oktyabr 2010 13:35 (UTC +04:00)
Hazırkı anda Fransada yaşayan Azərbaycan vətəndaşlarından heç kim bu ölkədə baş verən iğtişaşlar üzündən vətənə qayıtmaqla bağlı problemlərlə əlaqədar XİN-ə müraciət etməyib. Bu barədə Trend-ə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.
Fransada yaşayan azərbaycanlılar vətənə qayıtmağa kömək etmək xahişi ilə XİN-ə müraciət etməyiblər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Hazırkı anda Fransada yaşayan Azərbaycan vətəndaşlarından heç kim bu ölkədə baş verən iğtişaşlar üzündən vətənə qayıtmaqla bağlı problemlərlə əlaqədar XİN-ə müraciət etməyib. Bu barədə Trend-ə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

"Azərbaycanın Fransadakı Səfirliyi bu məsələni nəzarət altında saxlayır", - Poluxov bildirib.

Onun sözlərinə görə, həmvətənlərin müraciət edəcəkləri halda, səfirlik onların problemini həll etməyə kömək edəcək.

Son həftə ərzində hökumətin pensiya islahatına qarşı əhalinin etirazları ilə əlaqədar Fransanı iğtişaşlar bürüyüb. Cümə axşamı səhərə olan məlumata görə, oktyabrın 12-dən bütün ölkə üzrə nümayişlər çərçivəsində 1,9 nəfər saxlanılıb. RİA-Novostinin yazdığına görə, hökumət islahatların aparılmasında tam qətiyyətlidir və gənclər isə etiraz aksiyalarını davam etdirmək fikrindədirlər.

Xəbər lenti

Xəbər lenti