...

Azərbaycanda pulsuz efir vaxtında namizədlərin şərəf və ləyaqətinin alçaldılması yolverilməzdir - MSK sədri

Siyasət Materials 22 Oktyabr 2010 16:56 (UTC +04:00)
Pulsuz efir vaxtında namizədlərin digər namizədlərin şərəf və ləyaqətini alçaltması yolverilməzdir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda pulsuz efir vaxtında namizədlərin şərəf və ləyaqətinin alçaldılması yolverilməzdir - MSK sədri

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

Pulsuz efir vaxtında namizədlərin digər namizədlərin şərəf və ləyaqətini alçaltması yolverilməzdir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

"Efir vaxtından sui-istifadə etmək olmaz. Biz demişik ki, namizədlər onlar üçün ayrılmış vaxtı istədiyi kimi bölə bilər, amma onlar elə bilirlər ki, istədiklərini deyə bilərlər. Pulsuz efir vaxtında namizədlərin digər namizədlərin şərəf və ləyaqətini alçaltlması yolverilməzdir", - Pənahov əlavə edib.

55 saylı Xaçmaz seçki dairəsindən olan namizədlərdən biri pulsuz efir vaxtında opponentinin onun şərəf və ləyaqətini alçaltdığına görə MSK-ya müraciət edib. MSK-da müraciətə baxılaraq araşdırılması üçün dairə seçki komissiyasına göndərilib.

MSK Milli Məclisə seçkilərdə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə, ödənişsiz əsaslarla efir vaxtının və dövri nəşrdə dərc üçün yerin ayrılması haqqında 15 oktyabrda qərar qəbul edib.

Mövcud seçki dairələri üzrə qeydə alınmış namizədlərin iştirakını təmin etmək məqsədilə, seçkiqabağı təşviqat müddəti əsas götürülməklə, Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrinin namizədləri üçün NaxçıvanTV ilə, digər 118 seçki dairəsinin namizədləri üçün isə İctimai Televiziya ilə, dairələr üzrə namizədlər arasında birgə "dəyirmi masa" təşkil etmək məqsədilə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtının ayrılması nəzərdə tutulur.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti