...

MDB müşahidə missiyasının nümayəndə heyəti Ali Məhkəmənin mülki kollegiyasının sədri ilə görüşüb

Siyasət Materials 29 Oktyabr 2010 16:44 (UTC +04:00)
Ali Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, kollegiya sədri bu il noyabrın 7-də baş tutacaq parlament seçkilərinin demokratik keçiriləcəyinə əminliyini ifadə edərək deyib ki, seçkilərlə bağlı məhkəmələrə müraciət edən seçicinin şikayətinə qanunvericiliyin tələblərinə müvafiq baxılır.
MDB müşahidə missiyasının nümayəndə heyəti Ali Məhkəmənin mülki kollegiyasının sədri ilə görüşüb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

MDB müşahidə missiyasının qərargah rəisi Yevgeni Slobodanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 29-da Ali Məhkəmənin mülki kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşüblər.

Ali Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, kollegiya sədri bu il noyabrın 7-də baş tutacaq parlament seçkilərinin demokratik keçiriləcəyinə əminliyini ifadə edərək deyib ki, seçkilərlə bağlı məhkəmələrə müraciət edən seçicinin şikayətinə qanunvericiliyin tələblərinə müvafiq baxılır.

Yevgeni Sloboda Milli Məclisə seçkiləri izləmək məqsədilə Azərbaycana gəldiklərini, seçki ərəfəsində ciddi qanun pozuntularına rast gəlinmədiyini qeyd edib, bütün namizədlərə eyni şərait yaradıldığının şahidi olduqlarını bildirib.

Müşahidə missiyasının qərargah rəisi Mərkəzi Seçki Komissiyasının işinin də qənaətbəxş olduğunu söyləyib.

Yevgeni Sloboda rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Məclisə seçkilərə hazırlıqla və seçkilərin nəticələri ilə bağlı hesabatlar hazırlayacağını nəzərə çatdırıb.

Azərbaycanda parlament seçkilərinin gedişini izləmək üçün 69 ölkədən 859 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti