...

XİN nümayəndəsi iki Gürcüstan vətəndaşının saxlanılması faktını öyrənmək üçün Malayziyaya yola düşüb

Siyasət Materials 29 Oktyabr 2010 20:39 (UTC +04:00)
Gürcüstan XİN nümayəndəsi iki Gürcüstan vətəndaşının saxlanılması ilə bağlı işlə tanış olmaq üçün Malayziyaya yola düşüb.
XİN nümayəndəsi iki Gürcüstan vətəndaşının saxlanılması faktını öyrənmək üçün Malayziyaya yola düşüb

Gürcüstan, Tbilisi, 29 oktyabr /Ttend, müxbir N.Kirsxaliya/

Gürcüstan XİN nümayəndəsi iki Gürcüstan vətəndaşının saxlanılması ilə bağlı işlə tanış olmaq üçün Malayziyaya yola düşüb. Bu barədə bü gün jurnalistlərə XİN-in konsulluq departamentinin direktoru Georgi Tabatadze deyib.

O təsdiq edib ki, Malayziyada həqiqətən də iki Gürcüstan vətəndaşı saxlanılıb. Tabatadzenin sözlərinə görə, XİN-ə saxlanılan iki Gürcüstan vətəndaşının adı məlumdur, lakin istintaqda onların adı açıqlanmır.

XİN-ə hər iki qadının Tbilisi-İstanbul-Mərakeş-Kamerun-Malayziya reysi ilə turist vizası ilə getmələri də məlumdur.

"Bizdə məlumat var ki, saxlanılanların hər ikisi Gürcüstan vətəndaşıdır və onların baqajında həqiqətən də narkotik aşkar edilib. Saxlanılanlar günahlarını etiraf etmirlər. Onların sözlərinə görə, Malayziyaya təyyarəni dəyişmə ilə uçuş zamanı Kamerunda onlardan baqajı aparmağı xahiş ediblər və baqaj onlara məxsus deyil", - XİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qadınların günahı sübut ediləcəyi təqdirdə, Malayziya qanunvericiliyinə əsasən, onları ölüm hökmü gözləyir. "Qadınların bilavasitə günahları sübut edilməyə də bilər və bu halda onlara qarşı çıxarılacaq hökm bir qədər yumşaldılacaq", - o deyib.

Tabatadzenin sözlərinə görə, noyabrın 2 və ya 3-də məhkəmə prosesi olacaq. Bundan sonra Gürcüstan tərəfi qərar qəbul edəcək. "Məhkəmə prosesindən sonra biz qərar qəbul edəcəyik və Malayziya qanunvericiliyi bizə imkan versə, onları Gürcüstana ekstradisiya edəcəyik", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti