...

Mindən çox beynəlxalq müşahidəçi seçkiləri izləmək üçün MSK-da qeydiyyatdan keçib

Siyasət Materials 1 Noyabr 2010 18:56 (UTC +04:00)
Onun sözlərinə görə, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 3406-dan artıq şəxs MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün 32 390 nəfər qeydə alınıb.
Mindən çox beynəlxalq müşahidəçi seçkiləri izləmək üçün MSK-da qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisinə keçiriləcək seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında 1009 nəfər qeydiyyatdan keçib. Bunu MSK-nın bazar ertəsi keçirilən iclasında sədr Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 3406-dan artıq şəxs MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün 32 390 nəfər qeydə alınıb.

Pənahov bildirib ki, parlament seçkilərini 48 ölkə üzrə müşahidəçi izləyəcək.

"Seşkiləri işıqlandlrmaq üçün 11 beynəlxalq KİV nümayəndələri qeydiyyatdan keçib", - Pənahov deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti