...

Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 18 xarici KİV qeydiyyatdan keçib

Siyasət Materials 2 Noyabr 2010 17:23 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 18 xarici KİV qeydiyyatdan keçib.
Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 18 xarici KİV qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 18 xarici KİV qeydiyyatdan keçib. Bu barədə Mərkəzi Seçki Komissiyasının çərşənbə axşamı keçirilən iclasında sədr Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, qeydiyyatdan keçmiş xarici KİV-ləri 41 nəfər təmsil edəcək.

Pənahov deyib ki, 1016 beynəlxalq müşahidəçi artıq MSK-da qeydiyyatdan keçib. Həmçinin, seçkiləri izləmək istəyən yerli müşahidəçilərdən 3466-sı Komissiyada qeydiyyatdan keçib.

Pənahovun sözlərinə görə, 42 494 müşahidəçi isə dairə seçki komissiyalarında (DSK) qeydiyyatdan keçib.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti