...

Rusiyanın Azərbaycandakı səfirliyində Viktor Çernomırdinin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq

Siyasət Materials 4 Noyabr 2010 15:10 (UTC +04:00)
Bakıxanov küçəsi 17 ünvanında yerləşən Rusiyanın Azərbaycandakı səfirliyində noyabrın 5-də saat 11:00-dan 13:00-dək görkəmli dövlət xadimi, Rusiya hökumətinin keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir Viktor Stepanoviç Çernomırdinin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq. Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Rusiyanın Azərbaycandakı səfirliyində Viktor Çernomırdinin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakıxanov küçəsi 17 ünvanında yerləşən Rusiyanın Azərbaycandakı səfirliyində noyabrın 5-də saat 11:00-dan 13:00-dək görkəmli dövlət xadimi, Rusiya hökumətinin keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir Viktor Stepanoviç Çernomırdinin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq. Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

Viktor Çernomırdin noyabrın 5-də Moskvada Novodeviçi qəbiristanlığında dəfn olunacaq. Bu barədə RİA Novosti məlumat yayıb.

Apreldə 72 yaşı tamam olan Çernomırdin uzun sürən xəstəlikdən sonra Moskvada yerli vaxtla saat 04:00-da dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti