...

Azərbaycanın Gəncə şəhərində parlament seçkisini 1300-ə yaxın müşahidəçi izləyəcək

Siyasət Materials 5 Noyabr 2010 18:25 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində parlament seçkisini 1260 yerli müşahidəçi, 10 xarici müşahidəçi izləyəcək.
Azərbaycanın Gəncə şəhərində parlament seçkisini 1300-ə yaxın müşahidəçi izləyəcək

Azərbaycan, Gəncə, 5 noyabr /Trend, müxbir V.Əliyev/

Azərbaycanın Gəncə şəhərində parlament seçkisini 1260 yerli müşahidəçi, 10 xarici müşahidəçi izləyəcək.

Trend-in bölgə müxbirinin məlumatına görə, yerli müşahidəçilərdən 210 nəfər siyasi partiyaların xətti ilə, 785 nəfər öz təşəbbüsü ilə, 103 nəfər namizədlərin təşəbbüsü ilə, 162 nəfər isə QHT-lərin təşəbbüsü ilə seçkiləri müşahidə edəcəklər.

Dairə seçki komissiyalarından verilən məlumata görə, Gəncədə parlament seçkilərini müşahidə etmək üçün qeydə alınan beynəlxalq müşahidəçilərdən 4 nəfər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, 6 nəfər isə Müstəqil Dövlətlər Birliyini təmsil edir.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd dairə seçki komissiyası var.

Gəncədə 148 min 861 seçici qeydiyyatdadır.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbə yerləşir.

Xəbər lenti

Xəbər lenti