...

Azərbaycanın Gəncə şəhərində saat 12:00-a olan məlumata görə, seçicilərin 23,19 faizi səsvermədə iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 12:21 (UTC +04:00)

Azərbaycan, Gəncə, 7 noyabr /Trend, müxbir V.Məmmədov/

Azərbaycanın Gəncə şəhərində saat 12:00-a olan məlumata görə, seçicilərin 23,19 faizi səsvermədə iştirak edib.

Gəncə şəhərində yerləşən Dairə Seçki Komissiyalarından (DSK) verilən məlumata görə, saat 12:00-a kimi şəhərdə olan 148 min 861 seçicidən 34 min 532-si məntəqələrə gələrək səs veriblər.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd DSK var. Şəhərdə 148 min 861 seçici qeydiyyatdadır.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti