...

Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub – GUAM-ın baş katibi

Siyasət Materials 7 Noyabr 2010 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub. GUAM-ın baş katibi Valeri Çeçelaşvili belə hesab edir.

"Məndə seçkilərin gedişi barədə çox yaxşı təəssüratlar yaranıb. Seçicilərə öz seçimini sakit şəkildə aparmaq üçün bütün imkanlar verilib, heç bir mənfi hal yoxdur", - bazar günü Trend-ə Çeçelaşvili deyib.

Onun sözlərinə görə, GUAM-ın qısamüddətli missiyası parlament seçkilərində Bakı şəhərinin  15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci seçki dairələrində monitorinq keçirir. Baş katib 15 saylı seçki dairəsi üzrə doqquz seçki məntəqəsinə baş çəkib, hazırda isə 16 saylı dairənin 12 saylı seçki məntəqəsində monitorinq aparır.

"12:30-a qədər həmin məntəqədə seçicilərin 35 faizi səs verib və mənim heç bir şikayətim yoxdur", - Çeçelaşvili qeyd edib.

"Günün birinci yarısı proses fəal gedir", - baş katib deyib.

Onun sözlərinə görə, axşam GUAM-ın missiyası ilə ümumi təəssüratlar müzakirə olunacaq və seçkilər üzrə bəyanat hazırlanacaq.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti