...

Azərbaycandan ötən ay 734 əcnəbi çıxarılıb - Dövlət Miqrasiya Xidməti

Siyasət Materials 10 Noyabr 2010 10:34 (UTC +04:00)
DMX-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
Azərbaycandan ötən ay 734 əcnəbi çıxarılıb - Dövlət Miqrasiya Xidməti

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən oktyabr ayında ölkədən 734 əcnəbi çıxarılıb.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Tədbirlər nəticəsində 939 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Onlardan 619 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 115 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

66 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıblar.

139 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Cari ilin oktyabr ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 8 min 52 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti