...

Azərbaycanın xarici işlər naziri Koreya Respublikasına səfər edəcək

Siyasət Materials 27 Noyabr 2010 09:00 (UTC +04:00)
Dekabrda Seulda Azərbaycan-Koreya münasibətlərinin perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Seula rəsmi səfəri çərçivəsində aparılacaq. Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha məlumat verib.
Azərbaycanın xarici işlər naziri Koreya Respublikasına səfər edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir T.Konyayeva/

Dekabrda Seulda Azərbaycan-Koreya münasibətlərinin perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Seula rəsmi səfəri çərçivəsində aparılacaq. Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha məlumat verib.

Səfər zamanı siyasi, iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə əməkdaşlığının aktual mövzuları müzakirə olunacaq.

İki ölkə arasında ikitərəfli diplomatik münasibətlər 1992-ci ildə qurulub, lakin 2005-ci ilədək əməkdaşlıq lazımi səviyyədə həyata keçirilməyib. 2006-cı ildə Bakıda Cənubi Koreya Respublikasının daimi səfirliyinin və 2007-ci ildə Seulda Azərbaycan Respublikası səfirliyinin açılması ilə ölkələr arsında münasibətlər sürətlə inkişaf etməyə başlayıb.

Koreya hökuməti Azərbaycanı dünyada daimi əməkdaşlıq həyata keçirdiyi 30 əsas tərəfdaşından biri hesab edir. Bu ölkələrdən yalnız ikisi - Azərbaycan və Özbəkistan keçmiş sovet respublikalarıdır. Bu barədə bir müddət əvvəl səfir Trend-ə bildirib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-u ilin yanvar-sentyabr aylarında iki ölkə arasında mal dövriyyəsi 190,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti