...

İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

Siyasət Materials 1 Dekabr 2010 20:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanı təbrik edib.
İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanı təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Şeyx Xəlifə bin Zaid Al Nəhyana möhkəm cansağlığı, işlərində uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti milli bayram münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumu da təbrik edib.

Xəbər lenti

Xəbər lenti