...

MDB dövlətlərinin rəhbərləri hərbi əməkdaşlıq konsepsiyasına baxmaq niyyətindədirlər

Siyasət Materials 8 Dekabr 2010 17:45 (UTC +04:00)
Dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının növbəti iclası zamanı 2015-ci ilə qədər MDB dövlətlərinin hərbi əməkdaşlıq konsepsiyası layihəsi üzrə qərar qəbul etmək nəzərdə tutulur.
MDB dövlətlərinin rəhbərləri hərbi əməkdaşlıq konsepsiyasına baxmaq niyyətindədirlər

Dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının növbəti iclası zamanı 2015-ci ilə qədər MDB dövlətlərinin hərbi əməkdaşlıq konsepsiyası layihəsi üzrə qərar qəbul etmək nəzərdə tutulur.

MDB-in icraçı katibi Sergey Lebedev RF-də UKRİNFORM-un xüsusi müxbirinə bildirdiyi kimi, layihənin doqquz bölməsinə çoxtərəfli əsaslarda hərbi əməkdaşlığın inkişafı üçün razılaşdırılmış ideyalar sistemini özündə birləşdirən müddəalar daxil edilib.

"2015-ci ilə qədər olan dövrdə hərbi əməkdaşlığın gələcək inkişafının əsas məqsədi, əsasında milli və birgə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlıq münasibətlərinin inkişafı duran hərbi sahədə qarşılıqlı fəaliyyətin genişlənməsidir", - o, deyib.

Bundan əlavə, dövlət başçıları 2011-2015-ci illərdə MDB dövlətlərinin sərhəd siyasətinə aid konsepsiyanın həyata keçirilməsi üzrə tədbirlər planını nəzərdən keçirəcəklər. Bu sənəd 6 hissədən ibarətdir və informasiya, elm, kadr və maliyyə təminatı sahəsində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sərhəd qoşunlarına komandanlıq edən Şuranın operativ informasiya mübadiləsi üzrə avtomatlaşdırılmış sistemi hazırlamaq və tətbiq etmək planlaşdırılır.

Plan tədbirlərinin həyata keçirilməsi gələcək inkişafın təmini və əməkdaşlıq mexanizminin təkmilləşdirilməsini, MDB dövlətlərinin xarici sərhəd və iqtisadi zonalarının mühafizə sisteminin bütövlüyünü təmin etməyi, həmçinin Birlik dövlətlərinin sərhəd təhlükəsizliyinə təhlükə yaradan hüquq pozuntularının qarşı müqavimət göstərməyə həvəsləndirməyə yönəldilib.

Bütünlüklə MDB Dövlət Başçıları Şurasının iclasında 20 layihəyə baxılması nəzərdə tutulub. "Onlar iqtisadi və humanitar sahələrdə inteqrasiya proseslərinin fəallaşmasına, təhlükəsizliyin təmin edilməsinə yönəldilib", - Lebedev deyib.

Xəbər lenti

Xəbər lenti