...

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə Günü ilə əlaqədar tədbirlər keçirilib

Siyasət Materials 11 Dekabr 2010 17:01 (UTC +04:00)
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə Günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi ölkə ictimaiyyətinin, gürcü və azərbaycanlı ziyalıların, Gürcüstan hökuməti nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirib. Bu barədə Azərbaycanın bu ölkədəki səfirliyinin press relizində deyilir.
Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə Günü ilə əlaqədar tədbirlər keçirilib

Gürcüstan, Tbilisi, 11 dekabr/Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə Günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi ölkə ictimaiyyətinin, gürcü və azərbaycanlı ziyalıların, Gürcüstan hökuməti nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirib. Bu barədə Azərbaycanın bu ölkədəki səfirliyinin press relizində deyilir.

Trend-ə səfirlikdən bildirdiklərinə görə, dekabrın 4-də Tbilisidə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin Heydər Əliyevin xatirəsinə həsr etdiyi müəllif konserti keçirilib.

Dekabrın 10-11-də Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə Gürcüstanın Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında Kvemo-Kartli quberniyasının administarsiyası ilə birlikdə ehsanlar verilib və Gürcüstan hakimiyyətinin, Azərbaycan icması nümayəndələrinin iştirakı ilə yığıncaqlar keçirilib. Yığıncaqlarda iştirak edənlər ölkə müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmləndirilməsində və regional təhlükəsizliyin təminində xüsusi töhfəsini qeyd ediblər. Marneulidə keçirilən xatirə yığıncağında ümummilli liderin əfsanəvi həyatından, ölkə üçün həyati əhəmiyyətli dövrlərdən bəhs edən "Zirvə" sənədli filminin nümayişi olub.

Dekabrın 11-də Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda ucaldılan onun abidəsinə əklil qoyulub. Sonra Gürcüstanın Azərbaycandilli orta məktəblərinin şagirdləri Heydər Əliyevə və Azərbaycan-Gürcüstan dostluğuna həsr edilən şeirlər oxuyublar. Əklillərin qoyulma mərasimində və tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin vitse-spikeri Paata Davitaya, Kvemo-Kartlinin qubernatoru David Kirkitadze, qubernatorun müavinləri, region rəhbərləri, parlament üzvləri və digər Gürcüstan rəsmiləri, eləcə də ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmin gün Gürcüstanın İctimai Televiziyası ilə Heydər Əliyevə həsr edilən sənədli film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti