...

Bakıda Avropa Şurasının insan alveri ilə mübarizə üzrə seminarı keçiriləcək

Siyasət Materials 13 Dekabr 2010 20:13 (UTC +04:00)
Dekabrın 15-16-da Bakıda insan alveri ilə mübarizədə Azərbaycanda təsisat potensialının möhkəmləndirilməsinə yardım üzrə seminar keçiriləcək.
Bakıda Avropa Şurasının insan alveri ilə mübarizə üzrə seminarı keçiriləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Y.Ostapenko/

Dekabrın 15-16-da Bakıda insan alveri ilə mübarizədə Azərbaycanda təsisat potensialının möhkəmləndirilməsinə yardım üzrə seminar keçiriləcək. Bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Seminar Azərbaycanda oktyabrın 1-dən qüvvəyə minən İnsan alveri ilə mübarizə Konvensiyasının həyata keçirilməsinə məsul olan aparıcı dövlət qurumlarının vəzifəli şəxsləri üçün təşkil olunub.

Seminar Konvensiyanın həyata keçirilməsinə novator yanaşmanı göstərməli və maraqlı şəxslərin müzakirəsi üçün platformanı təmin etməlidir.

Müzakirələrdə Azərbaycanın Prezident Administrasiyası, Parlamenti, Xarici İşlər, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri, habelə hakim və prokurorlar iştirak edəcəklər. Avropa Şurasının altı üzv dövlətinin ekspertləri azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşəcəklər.

Avropa Şurasının seminarı Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə təşkil edilir.

Xəbər lenti

Xəbər lenti