...

Monteneqro və Azərbaycan hərtərəfli əməkdaşlığı davam etdirmək niyyətindədir

Siyasət Materials 15 Dekabr 2010 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Y.Ostapenko/

Monteneqro və Azərbaycan siyasi dialoqun irəliləməsini və hərtərəfli əməkdaşlığın inkişafını, xüsusən də iqtisadiyyat sahəsində davam etdirəcəklər. Monteneqronun Baş naziri Milo Cukanoviç və Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov bazar ertəsi Podqoritsada keçirilən görüşdə bu qərara gəliblər. Bu barədə Monteneqro hökumətinin məlumatında deyilir.

Bununla əlaqədar Baş nazir Cukanoviç gələcək ikitərəfli tərəfdaşlığa köməyə istiqamətlənən Monteneqro-Azərbaycan biznes forumunun keçirilməsini elan edib.

Monteneqronu Balkan yarımadasında sabitlik işinə verdiyi töhfəyə görə təbrik edən səfir Həsənov qeyd edib ki, Monteneqro və Azərbaycan arasında strateji tərəfdaşlığa nail olmaq üçün maksimum səy göstərəcək.

Səfir onu da vurğulayıb ki, Monteneqronun turizm, infrastruktur və özəlləşdirmə sahələri Azərbaycan investorları üçün böyük maraq doğurur.

Bu yaxınlarda Monteneqroda baş verən daşqınlarla əlaqədar təəssüf hissini ifadə edən səfir Həsənov bildirib ki, Azərbaycan daşqınlardan zərər çəkənlərə yardım göndərəcək.

Görüşdə Baş nazir Cukanoviçə Azərbaycan rəhbərliyindən Bakıya səfər dəvəti çatdırılıb.

Xəbər lenti

Xəbər lenti