...

Ümid Partiyasında yeni təyinat

Siyasət Materials 28 Dekabr 2010 16:08 (UTC +04:00)
Ümid Partiyası Qadınlar Şurasına sədr təyin olunub.
Ümid Partiyasında yeni təyinat

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyası Qadınlar Şurasına sədr təyin olunub. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partiya sədrinin sərəncamı ilə İmranova Aynurə İmran qızı Ümid Partiyası Qadınlar Şurasının sədri vəzifəsinə təyin edilib.

Aynurə İmranova 1993-cü ildə Zərdab rayonu 1 saylı orta məktəbi bitirib, 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2002-ci ildə Prezident yanında Dövlət İdarəetmə Akademiyasının magistratura bölməsini bitirib.

1994-2008-ci illərdə müxtəlif qəzetlərdə siyasət müxbiri, "Müxalifət", "Cümhuriyət", "Yeni Müsavat", "Azadlıq"da, ANS-ÇM-də xəbərlər departamentində və 2008-ci ildə "İctimai Vəkil - İnsan Hüquqlarının Müdafiə Mərkəzi"ndə, 2010-cu ildə Azad Azərbaycan televiziyasında redaktor vəzifələrində çalışıb.

Xəbər lenti

Xəbər lenti