...

Azərbaycan səfiri Argentinanın "El Ciudadano" qəzetinə müsahibə verib

Siyasət Materials 28 Dekabr 2010 19:55 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin tanınmış "El Ciudadano" qəzetində müsahibəsi çap olunub.
Azərbaycan səfiri Argentinanın "El Ciudadano" qəzetinə müsahibə verib

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin tanınmış "El Ciudadano" qəzetində müsahibəsi çap olunub. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Müsahibəsində diplomat Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçdiyi yol, hazırda ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişaf və tərəqqi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, Azərbaycanın neft və qaz sənayesində əldə etdiyi uğurlar, ölkəmizin böyük neft və qaz təchizatçısına çevrilməsi, enerji sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorlarının və regionların inkişafına yönəldilməsi, Azərbaycanın iqtisadi perspektivləri barədə məlumat verib, bütün bu müsbət məqamların fonunda Azərbaycanın Ermənistanın təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qaldığını, bunun nəticəsində 20 faiz torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin salındığını deyib.

Ölkəmizin beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini, Cənubi Amerikada ilk səfirliyimizin məhz Argentinada təsis edildiyini söyləyən Əhmədzadə məqsədimizin Argentina ilə əməkdaşlığın inkişafı və Azərbaycan reallıqlarının dünyanın bu bölgəsində təşviqi olduğunu deyib, Argentina ilə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib.

Xəbər lenti

Xəbər lenti