...

Azərbaycan və Türkiyənin Strateji Tərəfdaşlıq Şurası Bakıda toplaşacaq - səfir

Siyasət Materials 2 Yanvar 2011 06:09 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək. Bunu bazar günü Zaman qəzetində dərc edilən müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov bildirib.
Azərbaycan və Türkiyənin Strateji Tərəfdaşlıq Şurası Bakıda toplaşacaq - səfir

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək. Bunu bazar günü Zaman qəzetində dərc edilən müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov bildirib.

Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türk nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtına gələcək.

Bağırov bildirib ki, Şuranın mütəxəssislərinin ilk iclası yanvar ayında Ankarada keçiriləcək. İclasda iki ölkə arasında imzalanacaq sənədlər nəzərdən keçiriləcək, səfir deyib.

2010-cu ilin sentyabr ayında türkdilli ölkələrin dövlət başçılarının İstanbul Zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yaradılması haqqında ortaq sənəd imzalanıb.

Səfir onu da qeyd edib ki, iki ölkə arasında vizasız rejim barədə saziş artıq bu il imzalana bilər. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfi daxili hüquqi prosedurların yerinə yetirilməsi üzrə çalışır.

Bağırov həmçinin bildirib ki, o Bakı-Tbilisi-Qars dəmir yolunun 2012-ci ildə açılacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti