...

Roma Papası Azərbaycan xalqına sülh və əminamanlıq arzulayıb

Siyasət Materials 12 Yanvar 2011 15:30 (UTC +04:00)
Roma Papası XVI Benedikt Azərbaycan xalqına sülh, əminamanlıq və tərəqqi arzulayıb.
Roma Papası Azərbaycan xalqına sülh və əminamanlıq arzulayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir S.Ağayeva/

Roma Papası XVI Benedikt Azərbaycan xalqına sülh, əminamanlıq və tərəqqi arzulayıb.

Katolik Kilsəsinin rəhbəri ilin əvvəlində Vatikanda diplomatik korpus üçün ənənəvi təşkil olunan rəsmi mərasimdə Azərbaycanın Müqəddəs Prestoldakı səfiri Elçin Əmirbəyovla görüşü zamanı Azərbaycan xalqına sülh, əminamanlıq və tərəqqi arzu edib. Bu barədə çərşənbə günü Trend-ə səfir bildirib.

Elçin Əmirbəyov Roma Papası XVI Benediktə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  yeni il təbriklərini çatdırıb.

Vatikana səfəri zamanı səfir Müqəddəs Prestolun mədəniyyət nazirliyi və dövlət katibliyində işgüzar görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti